Orqanizmin funksiyalarının 30%-dək pozulması hallarında əlillik müəyyən edilməyəcək. Bununla bağlı məlumat 19 may tarixində Nazirlər Kabinetinin qərarında əks olunub.
Qərara əsasən, orqanizmin funksiyalarının 30%-dən artıq pozulması hallarında isə 31-60%-dək, 61-80%-dək və 81-100%-dək qiymətləndirilməklə əlillik müəyyən ediləcək. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri 31-35-dək olduqda 35% müəyyən edilir.
Bildirilib ki, anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir.
Qeyd olunub ki, qərar 2022-ci il iyulun 1-dən qüvvəyə minir.