Orqanizminin funksiyalarının 80%-dən çoxunu itirən uşaqlar 430 manat vəsait alacaqlar. Bu barədə 10 iyun tarixində Report Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədrinin sözlərinə istinadən məlumat verib.
Məlumata əsasən, hazırda orqanizminin funksiyalarını itirən uşaqlara verilən müavinət 280 manatdır. “Gələn aydan tətbiq ediləcək yeni meyarlardan sonra isə məbləğ 430 manat olacaq”, - deyə sədr bildirib.
Qeyd edək ki, bu il iyulun 1-dən ölkədə əlillik sahəsində yeni meyarlar tətbiq olunacaq. Yeni meyarlara əsasən, əlillik artıq 3 dərəcə üzrə məhdud çərçivədə deyil, orqanizmin funksiyalarının itirilməsi faizinin müəyyən edilməsi əsasında qiymətləndiriləcək.