May ayı ərzində zəhərlənmə ilə bağlı 756 nəfər müraciət edib. Bu barədə Report Kliniki Tibbi Mərkəzinə istinadən məlumat verib.
Məlumata əsasən, onlardan 137-si Toksikologiya şöbəsinə qəbul edilib. Bildirilib ki, qəbul olunan xəstələrədən 70-i dərmandan, 21-i sirkə turşusundan, 6-sı dəm qazından, 1-i göbələkdən, 12-si etil spirtindən zəhərlənib. Qeyd olunub ki, 9 nəfəri ilan, 2 nəfəri isə həşərat sancıb.
Zəhərlənən şəxslərin 56-sı qadın, 61-i kişi, 20-si isə uşaq olub. 137 nəfərdən 6-sı dünyasını dəyişib.