Ötən gün ərzində törədilmiş 40 cinayətin üstü “isti izlər”lə açılıb. Bu barədə 7 iyun tarixində Daxili İşlər Naziriliyi məlumat verib.
Məlumata əsasən, axtarışda olduğuna görə ümumilikdə 55 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 45 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Bildirilib ki, ötən gün 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə isə 2 nəfər həlak olub.
Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb.