Ötən gün ərzində törədilmiş 31 cinayətin üstü “isti izlər”lə açılıb. Bu barədə mayın 17-də Daxili İşlər Nazirliyinin rəsmisi Elşad Hacıyev bildirib.
Axtarışda olan 86 nəfər, cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb.
Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb.
Narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 1 fakt müəyyən edilib.