Ötən sutka ərzində 44 yanğına çıxış və 6 köməksiz vəziyyətdə qalma faktı üzrə xilasetmə əməliyyatları həyata keçirilib. Bu barədə iyunun 14-də Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Görülmüş tədbirlər nəticəsində yanğınların söndürülməsi təmin edilib.
FHN-in qüvvələri tərəfindən 6-sı azyaşlı olmaqla 15 nəfər xilas olunub.