Ötən gün 48 cinayətin üstü “isti izlər”lə açılıb. Bu haqda mayın 24-də DİN məlumat yayıb.
Axtarışda olduğuna görə 68 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 48 nəfər saxlanılıb.
2 yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər ölüb.
Narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və bağlı 3 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb.