Ötən gün 54 cinayətin üstü açılıb. Bu haqda iyunun 29-da DİN məlumat yayıb.
Axtarışda olduğuna görə 73, o cümlədən borclu şəxs qismində axtarışda olan 46 nəfər saxlanılıb.
3 yol-nəqliyyat hadisəsi nəticəsində 4 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb.
Narkotiklərlə əlaqəli 32, qanunsuz saxlanılan silah-sursatın götürülməsi ilə bağlı 2 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb.