Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 54-nün açılması təmin olunub. Bu barədə iyunun 11-də Daxili İşlər Nazirliyinin rəsmisi Elşad Hacıyev məlumat yayıb.
Axtarışda olan 67 nəfər, cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb. Narkotiklərlə əlaqəli 26, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.