Ötən gün 57 cinayətin üstü “isti izlər”lə açılıb. Bu haqda iyunun 2-də DİN məlumat yayıb.
Axtarışda olduğuna görə 76 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 48 nəfər saxlanılıb.
1 yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb.
Narkotiklərlə əlaqəli 33, qanunsuz saxlanılan silah-sursatın götürülməsi ilə bağlı 3 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 47 nəfər saxlanılıb.