Ötən gün 58 cinayətin üstü “isti izlər”lə açılıb. Bu haqda mayın 19-da DİN məlumat yayıb.
Axtarışda olduğuna görə 85 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 70 nəfər saxlanılıb.
Narkotiklərlə əlaqəli 37, qanunsuz saxlanılan silah-sursatın götürülməsi ilə bağlı 2 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb.