Ötən gün ölkə ərazisində qeydə alınan 70 cinayətin üstü açılıb. Bu barədə iyunun 22-də Daxili İşlər Nazirliyinin rəsmisi Elşad Hacıyev məlumat verib.
Axtarışda olan 94, cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb. Narkotiklərlə əlaqəli 43, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.