Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 54-ünün açılması təmin olunub. Bu barədə 16 iyun tarixində Daxili işlər Nazirliyi məlumat verib.
Məlumata əsasən, axtarışda olduğuna görə ümumilikdə 38, o cümlədən borclu şəxs qismində axtarışda olan 21 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Bildirilib ki, cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb.