Ötən gün cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb. Bu haqda iyunun 25-də DİN məlumat yayıb.
Ümumilikdə 54 cinayətin üstü açılıb.
Axtarışda olduğuna görə 95, o cümlədən borclu şəxs qismində axtarışda olan 67 nəfər saxlanılıb.
2 yol-nəqliyyat hadisəsi nəticəsində 3 nəfər ölüb, 5 nəfər isə xəsarət alıb.
Narkotiklərlə əlaqəli 39, qanunsuz saxlanılan silah-sursatın götürülməsi ilə bağlı 2 fakt müəyyən edilib.