Ötən gün qeydə alınan 61, eləcə də əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması təmin olunub. Bu barədə 24 iyun tarixində Daxili İşlər Nazirliyi məlumat verib.
Məlumata əsasən, axtarışda olduğuna görə ümumilikdə 84, o cümlədən borclu şəxs qismində axtarışda olan 64 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Bildirilib ki, ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.
Həmçinin narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb.