Son sutka ərzində 61 yanğına çıxış və 2 köməksiz vəziyyətdə qalma faktı üzrə xilasetmə əməliyyatları həyata keçirilib. Bu barədə iyunun 3-də Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Görülmüş tədbirlər nəticəsində yanğınların söndürülməsi təmin edilib.
FHN-nin qüvvələri tərəfindən 3 nəfər xilas edilib.
İyunun 2-də Fövqəladə Hallar Nazirliyi isti havada yanğınların artması ilə bağlı əhaliyə müraciət edərək təhlükəsizlik qaydalarını xatırladıb. Həmin qaydalarla link vasitəsilə tanış olmaq olar.