Ötən gün ölkə ərazisində qeydə alınan 87 cinayətin üstü “isti izlər”lə açılıb. Bu barədə iyunun 15-də Daxili İşlər Nazirliyinin rəsmisi Elşad Hacıyev məlumat yayıb.
Axtarışda olan 46, cinayət törətməkdə şübhəli bilinən 61 nəfər saxlanılıb. Narkotiklərlə əlaqəli 33, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 7 nəfər ölüb, 5 nəfər isə xəsarət alıb.