Ötən gün ərzində törədilən 59 cinayətin üstü “isti izlər”lə açılıb. Bu barədə mayın 28-də Daxili İşlər Nazirliyinin rəsmisi Elşad Hacıyev məlumat verib.
Axtarışda olan 58 nəfər, cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb. Narkotiklərlə əlaqəli 34, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 1 fakt müəyyən edilib.
Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.