Ötən gün ərzində törədilmiş 52 cinayətin üstü “isti izlər”lə açılıb. Bu gün mayın 26-da Daxili İşlər Nazirliyinin rəsmisi Elşad Hacıyev məlumat yayıb.
Axtarışda olan 81 nəfər, cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb. Narkotiklərlə əlaqəli 25, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.
Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb.