Ötən gün ərzində törədilən 64 cinayətin üstü “isti izlər”lə açılıb. Bu barədə iyunun 1-də Daxili İşlər Nazirliyinin rəsmisi Elşad Hacıyev məlumat yayıb.
Axtarışda olan 83 nəfər, cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb.
Narkotiklərlə əlaqəli 29, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 1 fakt müəyyən edilib.