Ötən gün ölkə ərazisində qeydə alınan 75 cinayətin üstü açılıb. Bu barədə iyunun 30-da Daxili İşlər Nazirliyinin rəsmisi Elşad Hacıyev məlumat yayıb.
Axtarışda olan 88, cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb. Narkotiklərlə əlaqəli 37, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 1 fakt müəyyən edilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.