Ötən gün 68 cinayətin üstü “isti izlər”lə açılıb, 71 nəfər həbs edilib. Bu haqda mayın 21-də Daxili İşlər Nazirliyindən məlumat verilib.
Əvvəlki dövrlərdən bağlı qalmış 21 cinayətin açılması təmin olunub. Axtarışda olan 88 nəfər saxlanılıb. Narkotiklərlə əlaqəli 33, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib.
Həmin müddət ərzində ölkədə 1 yol qəzası baş verib. Nəticədə 1 nəfər həlak olub.