Ötən sutka ərzində 70 yanğına çıxış və 3 köməksiz vəziyyətdə qalma faktı üzrə xilasetmə əməliyyatları həyata keçirilib. Bu barədə iyunun 24-də Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Görülmüş tədbirlər nəticəsində yanğınların söndürülməsi təmin edilib.
5 nəfər xilas olunub, yanğın zamanı 1 nəfər xəsarət alıb. Həmçinin Qusarda süni göldə batan 20 yaşlı Amid Səlimovun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.