Ötən gün 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb. Bu barədə 9 iyun tarixində Daxili İşlər Nazirliyi məlumat verib.
Məlumata əsasən, sözügedən dövr ərzində törədilmiş 62 cinayətin üstü “isti izlər”lə açılıb. Həmçinin axtarışda olduğuna görə ümumilikdə 54 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 37 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Bildirilib ki, cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb.