Yanvarın 9-da ölkə ərazisində qeydə alınan 63 cinayətin açılması təmin olunub. Bu barədə 10 yanvar tarixində Daxili İşlər Nazirliyi məlumat verib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.
Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb.