Ötən sutka ərzində 51 yanğına çıxış olub. Bu barədə 4 iyun tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Məlumata əsasən, sözügedən qurum tərəfindən ötən sutka ərzində 10 köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Qeyd olunub ki, 2-si azyaşlı olmaqla 14 nəfər xilas edilib.