Ötən gün ərzində 81 yanğına çıxış qeydə alınıb və 2-si azyaşlı olmaqla 6 nəfər xilas olunub. Bu barədə iyunun 7-də Fövqəladə Hallar Nazirliyi məlumat paylaşıb.
Həmçinin Şüvəlan çimərliyində dənizdə batan şəxs xilas olunub.
Bununla yanaşı, paytaxtın Yasamal rayonunda 48 yaşlı qadının meyiti bağlı qapı arxasında aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.