2022-ci ilin yanvar-may aylarında pensiya, müavinət, təqaüd, ünvanlı yardım üzrə əhaliyə 2,7 milyard manatdan çox vəsait ödənilib. Bu barədə 10 iyun tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat verib.
Məlumata əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,8% və ya 198 milyon manat çoxdur.