Daha 40 nəfər müharibə əlili peşə reabilitasiyasına cəlb edilib. Bu barədə 21 may tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi səhifəsində məlumat verilib.
Məlumata əsasən, onlar üçün Peşə-Əmək Reabilitasiyası Mərkəzində müxtəlif peşələr üzrə kurslar təşkil olunub. Bir qrup artıq kursları bitirərək peşə şəhadətnamələrini əldə edib, digərləri isə kursları davam etdirir. Qazilərdən 3 nəfər Türkiyənin Antalya şəhərində əlilliyi olan şəxslər üçün keçirilən tədbirdə iştirak edib.
Qeyd edək ki, mərkəzə qəbul olunanlar burada dövlət hesabına yataqxana, yemək, tibbi-fizioterapevtik xidmət və s. xidmətlərlə təmin olunurlar.