Pirallahıda narkotiklərin satışını həyata keçirən narkotacir saxlanılıb. Bu barədə 17 yanvar tarixində Report xəbər verir.
Pirallahı RPİ-nin əməkdaşları tərəfindən aparılan əməliyyat nəticəsində əvvəllər də eyni qanunsuz əməllər etdiyi üçün məhkum olunmuş Salman Usmanov tutularaq istintaqa təqdim edilib. Onun əlindəki bağlamadan 5 kiloqram marixuana, 3 kiloqram heroin, həmçinin psixotrop tərkibli 160 ədəd fenozepen və 60 ədəd tramadol həbi aşkar edilib.
Narkotacir narkotiki satmaq məqsədilə sosial şəbəkələr vasitəsilə onlayn yolla əldə etdiyini bildirib.
Salman Usmanov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.