top
Qədr gecəsində oyaq qala bilməyənlər savab qazanır? - AÇIQLAMA
18 mart 2025, 03:44
- ↺ +

Qədr gecəsində oyaq qala bilməyənlər savab qazanır? - AÇIQLAMA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Ramazan ayı ilə bağlı xüsusi təqviminə görə, bu gün ilk Qədr gecəsini yaşayacağıq. Təqvimə əsasən, ilk Qədr gecəsi Ramazan ayının 18-dən 19-na keçən gecəyə (18 mart) təsadüf edir.

Bundan əlavə, Ramazan ayının 20-dən 21-nə keçən gecə (20 mart), Ramazan ayının 22-dən 23-nə keçən gecə (22 mart) və Ramazan ayının 26-dan 27-nə keçən gecə (26 mart) də Qədr gecələri olacaq.

Qədr gecələrinin fəzilətindən danışan QMİ-nin sədr müavini Bəxtiyar Nəcəfov Modern.az-a bildirib ki, Ramazan ayının ən gözəl anları həmin gecələrdir:

“Ramazan ayında üç Qədr gecəsi var. Onlar Ramazanın 19-na, 21-nə, 23-nə keçən gecələrə təsadüf edir. Allahın rəhməti o gecələrdə yerə şamil olub. Özəlliklə bu gecələrdən birində "Qurani-Kərim"in Məhəmməd Peyğəmbərə nazil olduğu ehtimal edilir. Onun üçün də bu gecələrin fəziləti çox böyükdür. Bu gecələrdə əhya saxlamaq - oyaq qalmaq, müəyyən zikrlərdən istifadə etmək, namaz qılmaq, mümkün qədər gecənin fəzilətindən bəhrələnmək lazımdır. Oruc tutan şəxs bu saatları gözləyir ki, Qədr gecələrindən istifadə etsin. Quranda buyurulur ki, bu gecədə Göy aləmindən Yer aləminə Allahın mələkləri hasil olur. Onlar bəndələrin etdiyi ibadətləri sübhə qədər Allah məqamına qaldırırlar”.


B.Nəcəfov bildirib ki, əgər şəxs Əhya saxlamağa niyyət edibsə, bu da yəqin ki, qəbul olunar:


“Əhya sözünün mənası diri, oyaq qalmaq deməkdir. Əgər oyaq qala bilməyibsə, bu günah deyil, amma savab əməldən də bir az arxada qalır. Qədr gecələrindən birində əhya edib digərlərində etməmək də günah sayılmır. Oyaq qala bilsə, daha yaxşıdır, amma qala bilmirsə, bu da günah sayılmır”.

Son xəbərlər

İqtisadiyyat
Dünən, 15:09

Azərbaycanda Apple istifadəçilərinin hesablarının kütləvi şəkildə ələ keçirildiyi bildirilir

Cəmiyyət
Dünən, 14:49

Sabahdan Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatar reyslərinin sayı 4-ə çatdırılır

İqtisadiyyat
Dünən, 09:40

Apple yenidən dünyanın ən bahalı şirkəti olub

Cəmiyyət
Dünən, 08:02

Vətən müharibəsinin xronikası: 31 oktyabr

Cəmiyyət
30 oktyabr 2026, 17:48

Çelyabinskdə təqaüdçü fırıldaqçılara 33 milyon rubl dəyərində qızıl verib

Cəmiyyət
30 oktyabr 2026, 16:42

Noyabr ayına olan hava proqnozu açıqlanıb

Cəmiyyət
30 oktyabr 2026, 16:18

Prezident İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - SİAYHI

Siyasət
30 oktyabr 2026, 16:17

Hikmət Hacıyev: "Regionu böyük güclərin döyüş meydanından bazarına çevirmək istəyirik"

Cəmiyyət
30 oktyabr 2026, 16:15

Bayramov Ermənistanla sülh və Zəngəzur dəhlizinin əhəmiyyətindən danışıb

Cəmiyyət
30 oktyabr 2026, 15:28

Maqnit qasırğası nə vaxt olacaq? Alimlərdən yeni proqnoz

Cəmiyyət
30 oktyabr 2026, 14:36

Zelenski Rusiyanın 39 gəmisinə, bir sıra şirkətləri və fiziki şəxslərinə qarşı sanksiyalar tətbiq edib

Cəmiyyət
30 oktyabr 2026, 12:15

Gennadi Xazanov Fəxri xiyabanı ziyarət edib

Cəmiyyət
30 oktyabr 2026, 11:14

Trabzon Qastronomiya Festivalında pendir uzatma rekordu cəhdi - VİDEO

Cəmiyyət
30 oktyabr 2026, 11:12

Küləkli havada işçilərin yeni qaydalarla işlədilməsi haqqında tənzimləmə qəbul edilib

Cəmiyyət
30 oktyabr 2026, 10:57

Narkotik aludəçisi olan avtobus sürücüsü həbs edilib

Cəmiyyət
30 oktyabr 2026, 09:44

Ağdam və Xocavəndə növbəti köç karvanları yola salınıb

Cəmiyyət
30 oktyabr 2026, 09:03

ABŞ-də helikopterlər toqquşub, ölənlər var

Cəmiyyət
30 oktyabr 2026, 00:01

Vətən müharibəsinin xronikası: 30 oktyabr

Cəmiyyət
29 oktyabr 2026, 17:33

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib

Kriminal
29 oktyabr 2026, 16:50

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

Cəmiyyət
29 oktyabr 2026, 16:44

Canlı yayım zamanı restoranın QR kodu göründü, strimerə 12 min dollarlıq hesab gəldi

Cəmiyyət
29 oktyabr 2026, 16:17

Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

Cəmiyyət
29 oktyabr 2026, 13:53

Bakıda yıxılaraq vəfat edən 2 yaşlı uşaqla bağlı TƏFƏRRÜATLAR

Cəmiyyət
29 oktyabr 2026, 13:37

Mətbuat Şurası: Jurnalistlərə fiziki təzyiq göstərilməsi qəbuledilməzdir

Oxşar xəbərlər