Ağdaş, Salyan, Şəmkir və Ağcabədi rayonlarında qanunsuz ağackəsmə ilə bağlı cinayət işi başlanılıb. Bu haqda iyunun 23-də Baş Prokurorluqdan məlumat verilib.
Ümumilikdə təbiətə 21 min manat məbləğində maddi ziyan dəyib.
Faktla bağlı “qanunsuz ağac kəsmə” maddəsilə cinayət işləri başlanılıb.