Güclü qar nəticəsində Lerikin 45 kəndi işıqsız qalıb. Bu barədə 9 yanvar tarixində APA məlumat verib.
Ötən axşamdan başlayaraq Lerikə güclü qar yağıb. Qarın hündürlüyü rayon ərazisində 20 sm, dağlarda 35 santimetrdir. Qar, əsasən, rayonun elektrik təsərrüfatına ziyan vurub. 2 500 abonenti əhatə edən 45 yaşayış məntəqəsinə elektrik enerjisinin verilişi dayanıb.
Hazırda həmin kəndlərdə elektrik enerjisinin verilişinin bərpası üçün işlər aparılır.