Qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanılıb. Bu barədə oktyabrın 24-də Unikal.az xəbər yayıb.
Belə ki, həmin şəxs Qarayazı Dövlət Təbiət Qoruğunda ov edirmiş. Araşdırma zamanı brakonyerin Qazax rayon sakini Ramin Əhmədov olduğu müəyyən edilib.
Faktla bağlı təqsirkar şəxs barəsində qanunamüvafiq tədbirlər görülüb.