Qaxda 56 yaşlı sakin mayın 30-u axşam saatlarında müəmmalı şəkildə dünyasını dəyişib. Bu haqda mayın 31-də APA xəbər paylaşıb.
Məlumata görə, 56 yaşlı Zurika Okrocanaşvili ötən gün günorta saatlarında komatoz vəziyyətdə xəstəxanaya yerləşdirilib, saat 23:00 radələrində isə dünyasını dəyişib.
Ölümün səbəbini müəyyənləşdirmək üçün meyit ekspertizaya göndərilib.
Faktla bağlı araşdırma davam edir.