Qaxda narkotik vasitənin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan sürücü və mağazadan oğurluq edən şəxs saxlanılıb. Bu barədə iyunun 10-da Daxili İşlər Nazirliyindən Report-a bildirilib.
Taksi fəaliyyəti ilə məşğul olan Balakən sakini Qurban Nabatlı saxlanılıb. Yoxlama zamanı onun marixuana istifadə etdiyi məlum olub. Məhkəmənin qərarı ilə Qurban Nabatlı barəsində qanunamüvafiq tədbir görülüb.
Həmçinin Qaxda mağazaların birindən tütün məmulatlarını oğurlayan Balakən sakini Elnur Tağıyev saxlanılıb.
Faktlarla bağlı araşdırma aparılır.