Qazaxda 29 yaşlı gənci elektrik cərəyanı vurub. Bu haqda APA iyunun 27-də xəbər yayıb.
Hadisə rayonun Canalı kəndində baş verib. Belə ki, 1993-cü il təvəllüdlü Əlizadə Mehdini avtoyuma məntəqəsində elektrik cərəyanı vurub. O, xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.