Qazaxda 5 gün əvvəl itkin düşmüş şəxs tapılıb. Bu barədə iyunun 8-də Qafqazinfo xəbər yayıb.
Məlumata görə, Kosalar kənd sakini, 1949-cu il təvəllüdlü Pənahov İsman huşsuz vəziyyətdə Bala Çaylı kəndinin yaxınlığında olan qəbiristanlıqda aşkarlanıb.
O, xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.
İsman Pənahov iyun ayının 3-dən itkin kimi axtarışda idi.