Qazaxda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb. Bu barədə Trend-ə DİN-dən mayın 20-də xəbər verilib.
Vüsal Mahmudovdan 460 qram marixuana aşkar edilərək götürülüb. Bundan başqa, rayon sakinləri Rövşən İbrahimov, Ceyhun Abdullayev, Emil Həsənov, Ruslan Alırzayev, Zeynal Zeynalov və Azər Əzizovdan müxtəlif bükümlərdə və çəkilərdə heroin, metamfetamin və digər narkotik vasitələr aşkar olunaraq götürülüb.
Digər əməliyyat nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları da aşkar edilərək götürülüb.