Qazaxda yetkinlik yaşına çatmayan şəxsin ailə qurmasının qarşısı alınıb. Bu haqda iyunun 11-də Report xəbər paylaşıb.
Rayonun Qarapapaq kəndində yetkinlik yaşına çatmayan şəxsin erkən nikaha daxil olması və toy mərasiminin keçirilməsi dayandırılıb.
Hər iki tərəfin valideynləri ilə profilaktiki söhbət aparılıb. Onlara bildirilib ki, yeniyetmə vaxtlarında qızların ailə qurması gələcəkdə onların fiziki və mənəvi sağlamlığı üçün təhlükəli ola bilər.