Qazaxın Səməd Vurğun küçəsində baş vermiş qəzada 10 yaşlı qız uşağı yaralanıb. Bu haqda iyulun 1-də Report məlumat yayıb.
Yaralı açıq kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.