Qazaxda yetkinlik yaşına çatmayan qızın erkən nikaha daxil olmasının qarşısı alınıb. Bu haqda Qafqazinfo iyunun 8-də xəbər yayıb.
Belə ki, Qazaxın Kosalar kəndində 16 yaşlı məktəblinin toy mərasimi keçirilməsi barədə polisə məlumat daxil olub. DİN-dən bildirilib ki, polislər həmin ünvana gələrək mərasimin keçirilməsini dayandırıblar.
Hər iki tərəfin valideynləri ilə profilaktiki söhbət aparılıb.