Qazax rayonunun Çaylı kəndində “Mercedes” markalı minik avtomobili ağaca çırpılıb. Bu haqda mayın 14-də FHN məlumat yayıb.
FHN əməkdaşları tərəfindən müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Faktla bağlı araşdırma aparılır.