Qazax rayonunda fərdi yaşayış evində baş verən yanğın nəticəsində bir nəfər ölüb. Bu barədə 3 noyabr tarixində Report məlumat verib.
Hadisə rayonun Daş Salahlı kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1936-cı il təvəllüdlü Asif Məmmədova məxsus fərdi yaşayış evində yanğın olub. Nəticədə A.Məmmədov yanaraq ölüb.
Yanğın söndürülüb.
Faktla bağlı araşdırma aparılır.