Qazax şəhər sakini mübahisə zəminində bıçaqlanıb. Bu barədə İnsanoid oktyabrın 23-də Report-a istinadən xəbər verir.
Belə ki, Qazax şəhərində 1997-ci il təvəllüdlü E.Rəfiyev mübahisə zəminində qarın nahiyəsindən bıçaq xəsarəti alıb. O, yaxınları tərəfindən xəstəxanaya aparılıb və cərrahiyyə şöbəsinə yerləşdirilib, vəziyyəti orta ağır qiymətləndirilir.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs, 2002-ci il təvəllüdlü Ə.Məmmədovdur.
Hazırda onun saxlanılması istiqamətində işlər görülür.