Qazaxda yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda mayın 14-də Report xəbər yayıb.
Hadisə rayonun Çaylı kənd yolunda qeydə alınıb. Qəza nəticəsində 3 nəfər ağır xəsarətlər alıb. Onlar xəstəxanaya aparılıblar. Yaralıların vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.