Qazi və şəhid ailəsi üzvlərindən ibarət daha 100 şəxs aktivlərlə təmin olunub. Bu barədə 24 iyun tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat verib.
Məlumata əsasən, dəstək məqsədi daşıyan layihənin iştirakçılarına istehsal-xidmət sahələri üzrə avadanlıqlar təqdim edilib. Bildirilib ki, həmin aktivlər hesabına onlar kiçik bizneslərini yaradıblar.
Qeyd olunub ki, bu il həssas qruplara aid artıq 3 minə yaxın şəxsə öz bizneslərini qurmaları üçün aktivlər verilib. Gələcəkdə 22 min işsiz şəxsin kiçik biznesə çıxışını təmin etmək nəzərdə tutulub.