Bu ilin 9 ayında qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 6,22 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 32,2% çoxdur. Bu barədə 21 oktyabr tarixində iqtisadiyyat naziri Mikayıl Cabbarov Twitter hesabında paylaşım edib.
Bu sektor üzrə artım 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə nəqliyyatda 139,1%, ticarətdə 66,8%, kənd təsərrüfatında 45,8%, sənayedə 19,7%, xidmətdə 17,1%, tikintidə 16,8%, bank və sığortada 14%, rabitədə 6,7%, digər sahələrdə isə 20,7% təşkil edib.
#kəndtəsərrüfatı-nda 45,8%, sənayedə 19,7%, xidmətdə 17,1%, tikintidə 16,8%, bank və sığortada 14%, rabitədə 6,7%, digər sahələrdə isə 20,7% təşkil edib.
2/2#EconomyAz pic.twitter.com/qB1EezXWv6
— Mikayil Jabbarov (@MikayilJabbarov) October 21, 2022