Qız Qalasının qarşısında yerləşən körpü təmirə bağlanır. Bu barədə 17 yanvar tarixində Apa xəbər verib.
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə məlumat verib ki, körpü təmir məqsədilə fevralın 10-na qədər bağlanır. Aparılan təmir işləri ilə əlaqədar olaraq körpü üzərində piyadaların hərəkəti məhdudlaşdırılacaq.