Aqrar Sığorta Fondu bu ilin mart ayında Qobustan rayonunda baş vermiş fırtınadan zərər çəkmiş 12 fermerə 50 min manat ödəniş edib. Bu barədə 24 oktyabr tarixində Kənd Təsərrüfatı Nazirliyi məlumat verib.
Qobustanda güclü külək və qum fırtınası rayonun əkin sahələrinə, xüsusilə taxıl zəmilərinə zərər vurub. Rayonun Ərəbqədim, Nardaran, Qobustan, Qaradüzlü, Ərəbşahverdi, Xilmilli kəndlərində fiziki və hüquqi şəxslərə məxsus ümumilikdə 500 hektara yaxın sığortalanmış taxıl sahəsi qasırğadan zərər görüb.
“Qiymətləndirmə işləri apardıqdan sonra qanunvericiliyə uyğun olaraq, sığorta ödənişlərinə başlanılıb”, - məlumatda bildirilib.